“AZSMART” MMC-də şəxsi məlumatların işlənməsi və qorunması haqqında Əsasnamə

“AZSMART” MMC-də fərdi məlumatların işlənməsi və qorunması haqqında bu Əsasnamə (bundan sonra Əsasnamə) fiziki şəxslərin https://www.smartone.az saytından istifadə etdikdə (ziyarət etdikdə) əldə olunan fərdi məlumatlarının işlənməsi və qorunması qaydasını müəyyənləşdirir.
1. Terminlərin tərifi

Şəxsi məlumatlar – onların köməyi ilə müəyyən edilmiş və ya konkret olaraq müəyyənləşdirilə bilən fiziki və ya hüquqi şəxs haqqında məlumat və ya məlumatlar toplusudur. Bu Əsasnaməyə uyğun tələb olunanşəxsi məlumatlara aşağıdakılar daxildir: soyad, ad, ata adı, əlaqə nömrəsi, elektron poçt ünvanı, şəxsin identifikasiya kodu (nömrəsi), habelə qanunla müəyyən edilmiş digər məlumatlar.

Şəxsi məlumatların işlənməsi – şəxsi məlumatların toplanması, qeydiyyatı, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, bərpa edilməsi, istifadəsi və yayılması, şəxssizləşdirmə, məhv edilməsi, o cümlədən məlumat (avtomatlaşdırılmış) sistemlərindən istifadə daxil olmaqla hər hansı bir hərəkət və ya hərəkətlər toplusudur.

Satıcı – şəxsi məlumat sahibi tərəfindən və ya qanunla müəyyən edilmiş müvafiq şəxsi məlumatları əldə etmək və üzərində işləmək hüququ verilən və bu tip şəxsi məlumatlara sahiblik hüququ olan “AZ SMART” MMC, VÖEN 1305996611.

Şəxsi məlumatlar sahibinin razılığı – fiziki/ hüquqi şəxsin onun şəxsi məlumatlarının işlənmə məqsədi ilə istifadə olunması və saxlanmasına icazə verməyinin könüllü ifadəsidir.

Ərizə forması – Satıcıdan məhsul almaq məqsədilə şəxsi məlumatlar sahibi tərəfindən tamamlanması üçün Saytda yerləşdirilmiş elektron qeydiyyat sənədidir. Bu formanı tamamlamaqla şəxsi məlumat sahibi şəxsi məlumatlarının Əsasnamənin şərtlərinə və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Satıcı tərəfindən istifadəsinə (toplanması, qeydiyyatı, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, bərpa edilməsi, istifadəsi, yayılması, şəxssizləşdirilməsi, məhv edilməsi) razılıq verir.

Sayt – Satıcının təşkilati nəzarəti altında olan bütün alt domenləri daxil olmaqla www.smartone.az veb saytı

2. Tənzimləmə predmeti

2.1. Bu Əsasnamə Saytın şəxsi məlumatlar sahibi tərəfindən istifadəsi (ziyarət olunması) zamanı Satıcı tərəfindən əldə olunan şəxsi məlumatların (toplanması, qeydiyyatı, saxlanması, uyğunlaşdırılması, dəyişdirilməsi, bərpa edilməsi, istifadəsi, yayılması, şəxssizləşdirilməsi, məhv edilməsi) işlənməsi qaydasını müəyyən edir.

2.2. Saytdan istifadə etmək üçün şəxsi məlumatlar sahibi Əsanamənin yerləşdirildiyi Saytın elektron səhifəsində razılıq işarəsini seçməklə bu Əsasnamənin şərtləri ilə razılaşdığını ifadə etməlidir.

2.3. Ərizə formasını tamamlamaqla və ora daxil edilmiş məlumatları göndərməklə şəxsi məlumatlar sahibi könüllü olaraq öz şəxsi məlumatlarını Satıcıya təqdim edir, həmçinin onların Satıcı tərəfindən Əsasnaməyə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq istifadəsinə razılıq verir.

2.4. Şəxsi məlumatlar sahibi şəxsi məlumatlarının istifadəsinə dair verdiyi razılıq Saytın ziyarəti və istifadəsi, Satıcıdan məhsulların alınması üçün şəxsi məlumatlar sahibinin ərizəsinin (ərizələrinin) icrası, şəxsi məlumatlar sahibi (maraqlarını təmsil etdiyi şəxs) ilə Satıcı arasında müqavilələr üzrə öhdəliklərin sonrakı bağlanması və yerinə yetirilməsi, müştəri dəstəyinin təmin edilməsi, şəxsi məlumatlar sahibi (maraqlarını təmsil etdiyi şəxs) üçün maraqlı ola biləcək xidmətlər haqqında məlumatın verilməsi, sorğuların və marketinq araşdırmalarının aparılması zamanı şəxsi məlumatlar sahibinin eyniləşdirilməsi məqsədilə verilir.

2.5. Əsasnamənin 2.4. bəndində nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün Satıcı şəxsi məlumatlar ilə aşağıdakı hərəkətləri etmək hüququna malikdir: toplanma, qeyd etmə, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), istifadə, şəxssizləşdirmə, bloklama, silmə və məhv etmə, şəxsi məlumatlar sahibinin razılığı ilə və şəxsi məlumatların icazəsiz istifadəsinin qorunmasını təmin edən tədbirlərə riayət etməklə üçüncü şəxslərə ötürmə, bu Əsasnamənin tələblərinin həyata keçirilməsi üçün zəruri olan və mövcud qanunvericiliyə zidd olmayan digər hərəkətlərdir.

2.6. Əsasnamənin tələblərini yerinə yetirmək üçün Satıcı şəxsi məlumatlar sahibinin elektron poçt ünvanına məktublar, mesajlar və məlumat materialları göndərmək, habelə qeydiyyat Formasında göstərilən telefon nömrəsinə SMS göndərmək və zəng etmək hüququna malikdir.

2.7. Şəxsi məlumatların Əsasnamə ilə müəyyən edilmiş qaydada istifadəsinə razılıq verməklə şəxsi məlumatlar sahibi təsdiq edir ki, ona şəxsi məlumatların sahibi, toplanmış şəxsi məlumatların tərkibi və məzmunu, şəxsi məlumatlar sahibinin “Şəxsi məlumatların qorunması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hüquqları haqqında məlumat verilib.

3. Şəxsi məlumatların əldə edilməsi, işlənməsi və istifadəsi

3.1. Satıcı yalnız Sayt vasitəsilə toplanmış və ya şəxsi məlumatlar sahibi tərəfindən Əsasnamə ilə nəzərdə tutulmuş digər üsullarla təqdim edilmiş şəxsi məlumatları istifadə edir.

3.2. Satıcı şəxsi məlumatlar sahibinin Sayta girmək üçün istifadə etdiyi kompüterinə və ya digər elektron cihazlarına Cookie faylları yerləşdirmək (əgər şəxsi məlumatlar sahibi öz veb brauzerində bu seçimi məhdudlaşdırmayıbsa), həmçinin Cookie-də olan məlumatları əldə etmək, saxlamaq, işləmək və istifadə etmək hüququna malikdir.

3.3. Saytın şəxsi məlumatlar sahibi tərəfindən istifadəsi zamanı Saytın yerləşdiyi proqram-aparat təminatı kompleksi şəxsi məlumatlar sahibinin şəxsi məlumatlara aid olmayan məlumatlarını işləyir və istifadə edir. Məsələn: şəxsi məlumatlar sahibinin IP ünvanı, şəxsi məlumatlar sahibinin IP ünvan vasiəsilə müəyyən edilə bilən olduğu yer, Cookie faylları, eləcə də şəxsi məlumatlar sahibinin fəaliyyəti ilə bağlı statistik məlumatlar.

3.4. Satıcı Əsasnamənin 2.4. bəndində göstərilən məqsədlərə çatmaq üçün şəxsi məlumatları lazım olan tam müddət ərzində, Azərbaycanın Respublikasının mövcud qanunvericiliyində başqa müddətlər nəzərdə tutulmayıbsa, istifadə etmək hüququna malikdir.

4. Şəxsi məlumatlara giriş

4.1. Satıcı şəxsi məlumatların üçüncü şəxslər tərəfindən icazəsiz girişdən qorunmasını təmin etməyi, Əsasnamənin və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozaraq şəxsi məlumatları üçüncü şəxslərə yaymamağı və ötürməməyi öhdəsinə götürür.

4.2. Şəxsi məlumatlar subyekti Satıcının Saytda göstərilən elektron poçt ünvanına müvafiq tələbi göndərməklə Satıcıda olan şəxsi məlumatlarını dəyişdirmək və ya silmək hüququna malikdir. Saytdan gələcəkdə istifadə etmək lazım olarsa, şəxsi məlumatlar subyekti Satıcıya lazımi şəxsi məlumatları yenidən təqdim etməyi öhdəsinə götürür.

4.3. Şəxsi məlumatlar sahibinin və Satıcının qarşılıqlı öhdəliklərini yerinə yetirmək üçün zəruri olan üçüncü şəxslərin şəxsi məlumatlara giriş qaydası, Satıcıya şəxsi məlumatlar sahibi tərəfindən şəxsi məlumatların istifadəsinə dair verilən razılıq şərtləri ilə müəyyən edilir. Şəxsi məlumatlar sahibi tərəfindən əlavə şərtlər müəyyən edilməyibsə, hesab edilir ki, şəxsi məlumatlar sahibi Əsasnamənin şərtlərinə razılıq verməklə qanunvericilik və Tərəflərin razılığı ilə müəyyən edilmiş qaydada və hallarda Satıcıya üçüncü şəxslərə şəxsi məlumatlara giriş imkanı vermək hüququ verir. Bütün bunlar əldə olunan şəxsi məlumatların qorunması üçün tədbirlərin üçüncü şəxslər tərəfindən öncədən həyata keçirilməsi şərtilə baş verir.

4.4. Şəxsi məlumatlar sahibinin şəxsi məlumatların təhlükəsizliyinin və qorunmasının təmin edilməsi məsələsindəki səhlənkarlığı səbəbindən şəxsi məlumatların yayılmasına, habelə digər zərərlərə görə Satıcı məsuliyyət daşımır.

5. Şəxsi məlumatlar sahibinin hüquqları

5.1. “Şəxsi məlumatların qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq şəxsi məlumatlar sahibi aşağıdakı hüquqlara malikdir:

  • şəxsi məlumatların yeri, təyinatı və adı, şəxsi məlumatlar daşıyıcısının yeri barədə məlumatlı olmaq, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, səlahiyyət verdiyi şəxslərə bu məlumatları əldə etmək üçün müvafiq göstərişlər vermək;
  • şəxsi məlumatlarının ötürüldüyü üçüncü şəxslər barədə məlumat da daxil olmaqla şəxsi məlumatlara girişin təmin edilməsi şərtləri barədə məlumat almaq;
  • öz şəxsi məlumatlarına giriş imkanı;
  • qanunla müəyyən edilmiş hallar istisna olmaqla, sorğu alındığı tarixdən otuz təqvim günündən gec olmayaraq şəxsi məlumatların şəxsi məlumatlar daşıyıcısında saxlanılıb saxlanılmaması barədə cavab almaq, həmçinin şəxsi məlumat daşıyıcısında saxlanılan şəxsi məlumatların məzmununu əldə etmək;
  • şəxsi məlumatlarının işlənməsinə etiraz edərək şəxsi məlumatlar daşıyıcısına əsaslandırılmış tələb təqdim etmək;
  • şəxsi məlumatlarını qanunsuz işlənmədən və təsadüfən itirilmədən qorumaq;
  • şəxsi məlumatların qorunmasına dair qanunvericiliyin pozulması halında hüquq müdafiə vasitələri tətbiq etmək;
  • mövcud qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

6. Bununla şəxsi məlumatlar sahibi Əsasnamə ilə tanış olduğunu və sərbəst, öz iradəsinə və maraqlarına uyğun hərəkət edərək Satıcıya təqdim olunan şəxsi məlumatların işlənməsi üçün Satıcıya razılıq verdiyini təsdiqləyir.