Ana səhifə ➞ Şirkət haqqında
Şirkət haqqında
Az Smart MMC müxtəlif növ ticarət və xidmət sahələri, eləcə də bank sektoruna innovativ maliyyə texnologiyaları üzrə həllər təklif edir. Az Smart MMC 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzdnində Dövlət Vergi Xidmətində Yeni Nəsil Nəzarət Kassa Aparatı operatoru kimi qeydiyyatdan keçmişdir.
Az Smart MMC, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş standartlara cavab verən Nəzarət Kassa Aparatları və proqram təminatı üzrə kompleks həllərini ölkə üzrə müxtəlif ticarət sektorlarına təklif edir. Bu həllər sahibkarların gündəlik işlərini daha sadə və effektiv aparılmasına dəstək olaraq, şəffaf hesabatlılıq və etibarlı sahibkarlıq prinsipləri əsasında işləməyə şərait yaradır.
Missiyamız
Az Smart həm mövcud, həm də yenilikçi metodlardan istifadə edərək effektiv, səmərəli, keyfiyyətli onlayn kassa operatoru xidməti təqdim etməyi əsas meyar kimi qəbul etmişdir.
Vizyonumuz
Respublikamızda bütün növ sahibkarları keyfiyyətli onlayn kassa cihazları və servis xidməti ilə təmin etmək.
Dəyərlərimiz
Biz məsuliyyətli, sayğılı effektiv, səmərəli onlayn kassa operatoruyuq.
Bütün işlərimizdə dürüstlüyü, bütövlüyü və açıqlığı təbliğ edirik.
Biz Azərbaycanın istənilən bölgəsində varıq!
Müştərilərimizin rəyləri
Tərəfdaşlarımız


























