Texniki servis

Yəqin razılaşarsınız ki, istənilən texnika üçün servis lazımdır. Mobil kassa aparatları da istisna deyil! Mütəmadi baxış cihazınızın ömrünü uzadır. Eyni zamanda, hər hansı bir nasazlığı vaxtında görərək aradan qaldıra bilirsiniz.

Texniki servis aşağıdakı yoxlamaları əhatə edir:

Az Smart” rəsmi servis xidməti mərkəzidir. Həmçinin, digər şirkətləri kassa aparatına servis xidməti göstərmək üçün akreditasiya etmək səlahiyyətinə də malikdir.

Ümumi terminlər və təriflər:

Servis xidməti mərkəzi

Az Smart terminallarını, onlar üçün orijinal ehtiyat hissələrini və aksesuarları satmağa səlahiyyətli təşkilatdır. Eyni zamanda, təmir işləri aparır və servis xidmətləri göstərilir. İstifadəyə verilmə, istismara yararlılığın yoxlanılması, təmir (zəmanətli/s-iz) və istifadədən çıxarma daxildir.

Texniki servis xidməti

Bu, Az Smart cihazını işlək vəziyyətdə saxlamaq üçün əməliyyatları əhatə edir. Həmçinin, istifadə, saxlanma və daşınma zamanı mobil ödəmə terminalının yoxlanma prosesidir.

Texniki servis xidmətinin dövriliyi

Bu, cihazın istifadəsindəki vaxt intervalıdır. Servis xidmətinin bir növü (zəmanətli təmir) ilə digər eyni növü (və ya başqa daha mürəkkəb olan) arasında ölçülür.

İstismara yararlılığın yoxlanılması

Müəyyən olunan tələblərə uyğunluğun yoxlanılması.

Servis xidmətinin müddəti

Servis xidmətinin (zəmanətli təmir) həyata keçirilməsinə sərf olunan zamandır.

İstifadə

Cihazın keyfiyyətinin istifadə, saxlama və bərpa olunma ilə sınaqdan keçirildiyi istifadə periodu mərhələsidir. Bu həm nəzərdə tutulmuş istifadə, həm servis xidməti, həm də zəmanətli təmir ola bilər.

Diqqət:

Təyinata uyğun texniki xidmət (və ya təmir) yerinə yetirilərkən kassa kitabının (və ya sevis/ təmir aktının) müvafiq bölümündə görülən (və ya görüləcək) işlərə dair qeydlərin daxil edilməsini tələb edin. Qeydlər olmadıqda, istehsalçı tərəfindən zəmanət şərtləri nəzərə alınmaya bilər.

Terminalın rəsmi olmayan mərkəzlərdə baxışı və ya təmiri, həmçinin tələb olunan xidmətlər üzrə vaxtlı-vaxtında müraciətlərin olmaması, həm istehsalçı, həm də texniki servis xidməti mərkəzi tərəfindən zəmanət öhdəliklərinin məhdudlaşdırılmasına səbəb ola bilər.

Mütəmadi servis xidməti (yoxlanışı) üçün tövsiyə olunan müddət 6 aydır.

Terminalın əldə edilməsi istifadəçinin istifadə, servis xidməti və zəmanətli təmir şərtləri, həmçinin cihazın pasportunda verilən zəmanət qaydaları ilə razılaşması deməkdir.