Zəmanət xidməti

12 aylıq zəmanət

Zəmanətli xidmət və təmir cihazın təhvil verilmə tarixindən etibarən 12 ay ərzində etibarlıdır. Zəmanət şərtləri yalnız zəmanət öhdəliklərinə riayət olunması şərti ilə yerinə yetirilir.

Əvəzedici fond

Zəruri hallarda, zəmanətli təmir müddəti ərzində sizə müvəqqəti olaraq əvəzedici cihaz təqdim olunur.

Texniki servis mərkəzləri

Bizim servis mərkəzimiz hal-hazırda Bakı şəhərində yerləşir. Cihazın sıradan çıxması zamanı yalnız Bakı şəhərində təmir işlərini apara bilərsiniz.

ZƏMANƏT ÖHDƏLİYİ

1.1. İcraçı tərəfindən Müqavilə əsasında təchiz olunan avadanlıq üçün zəmanət dedikdə zəmanət şərtlərinə riayət olunacağı təqdirdə zəmanət müddəti ərzində avadanlığın ödənişsiz təmiri və yaxud təmir mümkün olmadıqda analoji modellə dəyişdirilməsi nəzərdə tutulur.

1.2. Müqavilə əsasında təchiz olunan Avadanlıq üçün zəmanət müddəti Avadanlığı satin aldıqdan sonra 1 il .

1.3. İcraçı tərəfindən təchiz olunan avadanlıqda meydana gəlmiş qüsurlarla bağlı müraciət edən zaman Sifarişçi yazılı şəkildə Avadanlıqdakı nasazlığın xarakterini və meydana gəlmə şəklini qeyd etməlidir.

1.4. Son istifadəçi üçün zəmanətli xidmət şərtləri:

Avadanlığın çatdırılmasından sonra 36 saat ərzində İcraçı tərəfindən təsdiqlənmiş xidmət mərkəzində həyata keçirilir. Təmir müddətində uzanma baş verəcəyi təqdirdə bu barədə Sifarişçiyə öncədən məlumat verilir və qarşılıqlı razılaşdırma ilə Sifarişçiyə müvəqqəti avadanlıq təqdim olunur.

1.5 Aşağıdakı hallarda avadanlıq zəmanətli xidmətdən çıxarılır, zəmanətli təmir həyata keçirilmir, eləcə də zəmanət öhdəliyi şamil olunmur:

– Avadanlıqda kənar müdaxilənin və yaxud icazəsiz təmir işinin (təsdiqlənməmiş xidmət mərkəzi tərəfindən təmir) izləri olarsa;

– Avadanlığın korpusunun daxilində və ya xaricində zəmanət plombları (seriya nömrəsi və tarixin olduğu firma etiketləri) korlanıbsa; 

– Mexaniki zədələnmələr;

– Avadanlığın daxilinə yad cisimlərin, predmetlərin, mayenin və həşəratların daxil olması səbəbindən baş verən zədələnmə;

– Müvafiq Avadanlığa qoşulan və ya onunla birlikdə işləyən qeyri-standart və ya uyğunluq sınağından keçməmiş proqram təminatı və ya avadanlığın istifadəsi səbəbindən baş verən zədələnmə;

– Müştərinin düzgün şəkildə işləməyən proqram təminatı səbəbindən Avadanlığın sıradan çıxması zamanı;

– Müvafiq Avadanlığa qoşulan və ya onunla birlikdə işləyən qeyri-standart və ya uyğunluq sınağından keçməmiş avadanlığın istifadəsi səbəbindən baş verən zədələnmə;

– təbii fəlakət, yanğın səbəbindən baş verən zədələnmə;

– Elektrik, telekommunikasiya və kabel xətləri parametrlərinin Dövlət standartına uyğun gəlməməsi səbəbindən və digər xarici faktorlar (iqlim və digər) səbəbindən meydana gələn zədələnmə;

– Qeyri-standart sərfiyyat materiallarının, təmizlik materialların istifadəsi səbəbindən baş verən zədələnmə;

– Müəyyən Avadanlıq üçün zəruri olan texniki və profilaktiki xidmət müddətinə riayət etmədikdə baş verən zədələnmə: 

– Avadanlığın istismar qaydalarının pozulması ilə əlaqədar meydana gələn zədələnmə.

1.6. Zəmanət sərfiyyat materiallarına (çap ucluqları, rəngləyici lentlər, batareya, akkumulyator və s.) aid edilmir.

1.7. Təmir olunmuş və yaxud nasaz Avadanlığın əvəzində dəyişdirilmiş avadanlıq üçün zəmanət müddəti avadanlığın təmirdə olduğu müddət qədər (İcraçının xidmət mərkəzində olduğu müddət) uzadılır.

1.8. Avadanlığın saz vəziyyətdə işləməsi üçün son istifadəçinin avadanlığın normal istismarına dair əsas tələblərə riayət etməsinə dair aşağıdakı öhdəliklər mövcuddur:

1) Avadanlığı quru və təmiz yerdə istifadə etmək (yüksək rütubət elektron komponentləri zədələyir, əgər avadanlıq mayenin içinə düşübsə və ya buxarın təsirinə məruz qalıbsa avadanlığı işə salmaq olmaz);

2) İstismar temperaturunu və rütubəti nəzərə almaq (temperatur: 0 ℃ – +50 ℃, Nisbi rütubət:10%-90%)

3) Avadanlığı yerə salmamaq, zərbənin təsirinə məruz qoymamaq;

4) Kart oxuyuculara yad cisimləri daxil etməmək (kartın oxunması üçün slotlar yalnız plastik kartla istifadə üçün nəzərdə tutulub: maqnit və mikroprosessorlu. İstənilən digər əşya oxuyucu qurğuları korlaya və avadanlığın sıradan çıxmasına səbəb ola bilər);

5) Avadanlığın mayenin təsirinə məruz qalmasına yol verməmək (Əgər avadanlıq mayenin təsirinə məruz qalarsa dərhal onu elektrik şəbəkəsindən ayırmaq və qurutmaq lazımdır. Yalnız tam qurutduqdan sonra avadanlığı təkrar elektrik şəbəkəsinə qoşmaq olar. Təhlükəsiz həll üsulu – avadanlığı dərhal təsdiqlənmiş texniki xidmət mərkəzinə aparmaq lazımdır);

6) Avadanlığın güclü elektromaqnit sahəsinin təsirinə məruz qalmasına yol vermək olmaz (Normal şəkildə işləməsi üçün Avadanlığı güclü elektromaqnit sahəsinin təsir zonasından uzaqda quraşdırmaq lazımdır).

7) Avadanlığı birbaşa günəş şüalarının altında quraşdırmaq olmaz (Günəş şüaları və onun səbəb olduğu qızma korpus materiallarının və elektron komponentlərin tez köhnəlməsinə səbəb olur);

8) Avadanlığı uzun müddət istifadə etməyi planlaşdırmırsınızsa onu söndürün (Avadanlıq bir neçə saniyə ərzində işə salınır – uzun müddət istifadə olunmayacağı təqdirdə avadanlığı işlək vəziyyətdə qoymaq olmaz, bu, uzunmüddətli perspektivdə avadanlığın xidmət müddətinə mənfi təsir edə bilər);

9) Akkumulyatorun vəziyyətini mütəmadi olaraq yoxlamaq (Akkumulyatorun enerji vəziyyətinə nəzarət etmək İşlək vəziyyətdə olmayan avadanlığın uzun müddət akkumulyatora qoşulu vəziyyətdə qalmasına yol verməmək – bu akkumulyatorun boşalmasına və onun sıradan çıxmasına səbəb ola bilər);

10) Litium-ion akkumulyatoru mütəmadi olaraq doldurmaq (hər iki aydan bir beş saat fasiləsiz olaraq batareyanı tam şəkildə doldurmaq lazımdır);

11) Mütəmadi olaraq avadanlığa qulluq göstərmək, gündəlik kirlənməni təmizləmək (yağ və tozla çirklənmə həddindən artıq qızmaya, mexaniki sıradan çıxmaya və qısa qapanmaya səbəb ola bilər). Avadanlığın mütəmadi qulluğunu planlaşdırmaq və həyata keçirmək;

12) Avadanlıq üçün yalnız İstehsalçı və satıcı tərəfindən icazə verilmiş və tövsiyə olunmuş enerji bloku istifadə etmək;

13) Avadanlığı sərbəst şəkildə sökməmək və təmir etməmək, təsdiqlənmiş texniki xidmət mərkəzinin xidmətlərindən yararlanmaq (Plomb və ya qoruyucu etiketin korlanması zamanı dərhal avadanlığın texniki xidməti ilə məşğul olan şirkətə müraciət edin).